Moldova mahnısı haqqında danışdı. Natalia Gordienko Rotterdama “Sugar” adlı mahnı ilə yola düşəcək.
Ötən ay Natalia Gordienko rəsmi olaraq Moldovanı “Avroviziya 2021”-də təmsil etmək üçün təsdiq edilmişdi. İfaçı yenidən Filipp Kirkorov və Dimitris Kontopolous’un da daxil olduğu “Dream Team” ilə işləyəcək.
Ötən həftələrdə Natalia mahnısının klip çəkilişləri üçün Ukraynaya yola düşmüşdü. İndi isə mahnının adı açıqlandı. Natalia Rotterdamın “Ahoy Arena”-sında “Sugar” söyləyəcək.
Komandanın sözlərinə görə, mahnı ötən ilki mahnıdan tam fərqlənəcək. Mahnı daha çox 2019-cu ildə Ukrayna milli seçim turu qalibi, Maruvun “Siren Song” tərzində olacaq.
Mahnının təqdimat tarixi 8 mart üçün qeyd edilib.