Növbəti Avroviziya 2021 mahnı müsabiqəsi təmsilçisi bəlli oldu.
Bu gecə “Marino Cvetković” idman kompleksində finalı baş tutan Xorvatiya Milli Seçimi “Dora 2021”-də 14 fərqli simanın yarışdığı gecədə aşağıdaki sıralama üzrə ifaçılar öz mahnılarını səsləndirdi:
- NINA KRALJIĆ (ALKONOST OF BALKAN) – Rijeka
- ERIC – Reci mi
- ELLA OREŠKOVIĆ – Come This Way
- BERNARDA – Colors
- SANDI CENOV – Kriv
- ToMa – Ocean of Love
- FILIP RUDAN – Blind
- BETA SUDAR – Ma zamisli
- CAMBI – Zaljubljen
- ASHLEY I BOJAN – Share the Love
- BRIGITA VUCO – Noći pijane
- MIA NEGOVETIĆ – She’s Like Dream
- ALBINA – Tick-Tock
- TONY CETINSKI I KIKI RAHIMOVSKI – Zapjevaj, sloboda je!
Son ifaçının ardıyca baş tutan 10 dəqiqəlik online səsvermədə xalq öz favoritlərinə SMS vasitəsilə səslərini göndərdi.
Ardıyca 10 nəfərdən ibarət olan müxtəlif bölgələrdən canlı yayıma qoşulan münsiflər heyyəti öz xallarını açıqladı.
Gecənin sonunda isə Milli Finalın qalibi “Tick-Tock” mahnısı ilə Albina oldu və ölkəsini Rotterdamda baş tutacaq Avroviziya mahnı müsabiqəsində təmsil etmə haqqı qazandı.
Nəzərinizə çatdıraq ki, Xorvatiya müsabiqəyə 1993-cü ildən bəridir ki, qatılır. Lakin, ölkə müsabiqədə elə də uğulu ölkələrdən hesab olunmur. Müsabiqədə bu günədək 1996 və 1999-cu illərdə əldə olunan 4-cülük ölkənin ən yaxşı nəticələri hesab edilir.