SAFURA YENİ ALBOM HAZIRLAYIR

Azərbaycanlı “Avroviziya” sevərlərin çoxdandır gözlədiyi xəbər gəldi. Mahnı müsabiqəsində ölkəmizi 2010-cu ildə təmsil etmiş Safura yeni albomunun anonsunu açıqladı.

Son illərdə musiqidən bir qədər uzaqlaşan Safura bir-neçə həftə öncə öz rəsmi YouTube kanalında ‘vlog’ formatında videolar paylaşmağa başlamışdı.

İfaçı öz şəxsi həyatından, hal-hazırda işlədiyi lahiyələr və digər mövzular haqqında öz kanalında həftəlik videolar paylaşaraq, izləyicilərini sevindirir.

Ən vacib xəbər isə dünən gəldi. Safura paylaşdığı son ‘vlog’-unda yeni albomunun anonsunu verdi. İfaçı təqdimat üçün artıq çəkilişlərə başlayıb və son videosunda fotostudiyada baş verənlər haqqında bəzi məlumatları bizimlə bölüşüb.

Qeyd edək ki, ifaçının son ‘single’-ı ötən il, son albom isə 2010-cu ildə yayımlanmışdı.

YouTube player

Leave a Reply