NINA KRALJIĆ “DORA 2021”-DƏ SİZİN ƏSAS FAVORİTİNİZDİR

Daha bir “12 Xal İzləyici” səsverməsinin nəticələri müəyyənləşib. İzləyicilərimiz “Dora 2021” qalibinin “Rjeka” mahnısı ilə Nina Kraljić olacağını düşünür.

Bir-neçə saat öncə telegram kanalımızda səsvermə başladıq. Bütün on dörd iştirakçını iki hissəyə bölüb, öz izləyicilərimizdən hansı mahnıları daha çox bəyəndiklərini soruşduq.

Səsvermə nəticəsində altı mahnıdan ibarət bir final təşkil etdik. Ən sonda 12 Xal izləyiciləri ən çox Nina Kraljić’in mahnısı bəyəndiyini söylədilər.

Nəticələr:

1. Nina Kraljić – Rjeka (48%);
2. Bernarda – Colors (34%);
3. Ella Orešković – Come This Way (6%);
3. Mia Negovetić – She’s Like A Dream;
5. Toma – Ocean Of Love (3%);
5. Albina – Tick-Tock (3%).

Qeyd edək ki, Xorvatiya milli seçim turu “Dora 2021” artıq bir-neçə dəqiqə sonra başlayır. Gecənin sonunda ölkə təmsilçisinin adı məlum olacaq. Bütün hadisələr anbaan bizim kanalımızda paylaşılacaq.

%d bloggers like this: