VASIL “HERE I STAND” SÖYLƏYƏCƏK

Növbəti mahnı haqqında xəbər Şimali Makedoniyadan gəldi. Ölkə təmsilçisi Vasil Rotterdamda söyləyəcəyi mahnının adını açıqladı.

Ötən il ərzində haqqında o qədər də çox məlumat eşitməsək də, ötən ay Şimali Makedoniya Vasili “Avroviziya 2021” təmsilçisi kimi təsdiqlədi.

Üstündən bir aydan az vaxt ötməsinə baxmayaraq, artıq ifaçının söyləyəcəyi mahnının adı bəlli oldu. Vasil Rotterdamda “Here I Stand” söyləyəcək.

Bu məlumatı ifaçı öz Instagram hesabında paylaşıb.

Qeyd edək ki, ifaçı ötən il “You” mahnısı ilə Şimali Makedoniyanı “Avroviziya 2020”-də təmsil etməli idi.

Leave a Reply