‘POSTCARD’ ÇƏKİLİŞLƏRİ BAŞLAYIB

Ötən ilin dekabr ayında “Avroviziya 2021” təşkilatçıları ‘postcard’-lar üçün zəmin rolunu oynaya biləcək yerlərin qeyd olunmasını istədi. Nəticədə 750-dən çox fərqli məkan qeydiyyatdan keçdi. Onların arasında 41 fərqli yer seçilib, bunlardan ilk üçü artıq məlumdur.

“Ölkəmizin göstərə biləcəyi çox şey var. Niderlandı mümkün qədər müxtəlif şəkildə təqdim etmək istəyirik: gözəl təbiət, memarlıq abidələri, ən tarixi yerlər. Seçilmiş yerlərin hamısının bir hekayəsi var və izləyən gözlər üçün bir ziyafətdir” – “Avroviziya 2021” şou rəhbəri Gerben Bakker.

Ouddorp’daki Westhoofd ilk üç yer üçün seçildi. Bununla yanaşı Şimali Brabantda, Eindhovendəki ikonik və fütüristik görünüşlü Evoluon qeydiyyata alındı və seçildi. Bu günün əvvəlində isə Frisian Nannewiidin təbii buzları ilə bir ‘postcard’ çəkildi. Hansı ölkənin, hansı məkan üçün fon olacağı televiziya şoularına qədər sürpriz olaraq qalır.

Mövcud vəziyyətə görə, hazırda iştirak edən bütün sənətçilərin ‘postcard’ filmlərini qeyd etmək üçün Hollandiyaya getməsi mümkün deyil. Bu səbəbdən yeni bir konsepsiya tətbiq edilməsinə qərar verildi. Ən yeni rəqəmsal texnika ilə sənətçilər vizual olaraq kiçik bir evdə təqdim olunacaq. Evlər hekayə və sənətkarın şəxsiyyətinə görə bəzədilir. Bu şəkildə bütün iştirakçı sənətçilər Hollandiyada xüsusi bir yerdə xalqa təqdim olunur.

Gerben Bakker: “COVID-19 pandemiyası ev həyatını daha da əhəmiyyətli bir hissəyə çevirdi. İndi hər şeyi rəqəmsal ekranlar vasitəsi ilə, otaqlarımızdan birbaşa dünyanın qalan hissəsi ilə bölüşürük. Kiçik ev buna görə indi yaşadığımız vaxtı simvollaşdırır. “Avroviziya” mahnı müsabiqəsi hər kəs üçün açıq və isti bir ev təqdim edir.”.

Mənbə: Songfestival.nl

Leave a Reply