BÜTÜN TƏQDİMAT TARİXLƏRİ BƏLLİ OLDU

VICTORIA-nın yeni albom “a little dramatic”-in bütün beş mahnının təqdimat günləri bəlli olub.

Bolqarıstan təmsilçisi artıq dünən öz yeni albomunun ilk mahnısının bu həftənin Bazar Günü çıxacağını açıqlamışdı. İndi isə digər mahnıların təqdimat tarixləri açıqlanıb:

1. Imaginary Friend (14 Fevral);
2. Dive Into Unknown (15 Fevral);
3. Phantom Pain (16 Fevral);
4. The Funeral Song (17 Fevral);
5. Growing Up Is Getting Old (18 Fevral);
UGLY CRY (artıq yayımlanıb).

Bolqarıstanın mümkün bu mahnıları 14 fevraldan etibarən eurovision.icard.com və VICTORIA-nın rəsmi YouTube kanalı vasitəsilə yayımlanacaq.

Bütün mahnıların təqdimatından sonra, dünya musiqi azarkeşlərinə 6 potensial mahnı haqqında şərh və rəy bildirməyə imkan verən xüsusi bir onlayn platforma işə salınacaqdır. Bu, Bolqarıstanın “Avroviziya 2021” üçün seçim prosesinin bir hissəsi olacaq. VICTORIA və qrupu son qərar vermək üçün musiqi, TV, Radio və “Avroviziya” mütəxəssislərindən ibarət qruplardan rəy alacaqlar.

Mənbə: Eurovision.tv

Leave a Reply