VICTORIA MAHNILARIN ADLARINI VƏ TƏQDİMAT TARİXLƏRİNİ AÇIQLADI

Bolqarıstanı “Avroviziya 2021”-də təmsil edəcək VICTORIA, Rotterdam üçün hazırladığı mahnılarının adlarını açıqladı. 6 parçadan 5-i onun “a Little dramatic” EP-sinin bir hissəsi olacaq.

VICTORIA’nın potensial “Avroviziya 2021” mahnıların adları:

1. UGLY CRY;
2. Imaginary Friend;
3. Dive Into Unknown;
4. Phantom Pain;
5. The Funeral Song;
6. Growing Up Is Getting Old.

Bolqarıstanın mümkün bu mahnıları 14 fevraldan etibarən eurovision.icard.com və VICTORIA-nın rəsmi YouTube kanalı vasitəsilə yayımlanacaq. Təqdim ediləcək ilk mahnı “Imaginary Friend” olacaq.

Bütün mahnıların təqdimatından sonra, dünya musiqi azarkeşlərinə 6 potensial mahnı haqqında şərh və rəy bildirməyə imkan verən xüsusi bir onlayn platforma işə salınacaqdır. Bu, Bolqarıstanın “Avroviziya 2021” üçün seçim prosesinin bir hissəsi olacaq. VICTORIA və qrupu son qərar vermək üçün musiqi, TV, Radio və “Avroviziya” mütəxəssislərindən ibarət qruplardan rəy alacaqlar.

Leave a Reply