Növbəti iştirakçı ölkə keçirdiyi milli seçim turu mahnılarını təqdim etdi. Danimarkanın “Dansk Melodi Grand Prix 2021” mahnı müsabiqəsində yarışacaq mahnılar bəlli oldu.
Bu gün Danimarkanın rəsmi yayımçı kanalı DR radiostansiyalarında ölkənin milli seçim turu “Dansk Melodi Grand Prix 2021”-in iştirakçıların adları və mahnıları açıqlandı:
1. The Cosmic Twins – Silver Bullets;
2. Hanna Olivia – Hvilelose Hjerter;
3. Jean Michel – Beautiful;
4. Fyr & Flamme – Ove Os Pa Hinanden;
5. Chief1 & Thomas Buttenschon – Hojt over skyerne;
6. Claudia Campagnol – Abracadabra;
7. Mike Tramp– Everything is alright;
8. Emma Nicoline – Står Lige Her.
Mahnıların hamısı anbaan bizim telegram kanalımızda yayımlanırdı. Dinləmək üçün buraya keçid edə bilərsiniz.
Müsabiqənin özü isə Martın altısı baş tutacaq. Səkkiz nəfərin yarışdığı bu müsabiqədə gecənin sonunda Danimarkanın “Avroviziya 2021” təmsilçisinin adı bəlli olacaq.
Mənbə: DR