LİTVA: THE ROOP “DISCOTEQUE” SÖYLƏYƏCƏK

İlin beşinci mahnısı bəlli oldu! The Roop qrupu rəsmi olaraq geri dönür və bu il Litva adına “Discoteque” söyləyəcəklər!

YouTube player

Dörd həftədir dəvam edən Litvanın milli seçim turu “Pabandom iš Naujo” nəhayət bu gecə yekunlaşdı. Son gecənin nəticəsi olaraq The Roop qrupu ikinci il ard-arda ölkəsini təmsil etmək hüququna sahib oldu.

Altı nəfərin yarışdığı bu final gecəsinə beş nəfər bir-neçə mərhələnin sınağından keçərək vəsiqə qazandığı halda, The Roop qrupuna yayımçı kanal LRT tərəfindən bir-başa finalda iştirak hüququ verilmişdi. Bu qərar “Avroviziya 2020”-nin ləğv edilməsindən dərhal sonra qəbul edilmişdi.

İki həftə öncə isə ötən “Avroviziya” mövsümünün əsas favoritlərindən sayılan The Roop qrupu öz yeni “Discoteque” mahnısını təqdim etdi. Mahnı artıq ölkə müsiqi tarixinin bütün rekordlarını vurmağa nail olub. Ötən ildə olduğu kimi, bu il də Litva hal-hazırki mərclərdə ilk pillədədirlər, və qalibiyyət şansları çox yüksək qiymətləndirilir.

Bəs siz bu mahnı haqqında nə düşünürsünüz? Sizin də qalibiniz hal-hazırda “Discoteque”-dir? Fikirlərinizi bizimlə bölüşün!

Leave a Reply