26 yaşlı əslən Hamburgdan olan Jendrik Sigwart bu il baş tutacaq olan “Avroviziya 2021” mahnı müsabiqəsində Almaniyanı təmsil edəcək.
Almaniya yayımçı kanalı NDR ötən il olduğu kimi bu il də daxili seçim turu vasitəsilə ölkəni təmsil edəcək şəxsi təyin edib. Yayımçı kanal peşəkar münsifilərin yer aldığı 2 mərhələli seçim turunda 100 nəfər arasından yekun olaraq Jendriki ölkəni təmsil etmək üçün seçib. İfaçının mahnısı isə hazırda məlum deyil. Gələcək günlərdə isə bu haqda məlumat təqdim olunacaq.
Qeyd edək ki, ötən il müsabiqədə ölkəni gənc müğənni Ben Dolic “Violent Thing” mahnısı ilə təmsil edəcəkdi. Lakin, müsabiqə ləğv olunduqdan sonra yayımçı kanal yeni təmsilçi seçəcəyini açıqlamışdı.