UKRAYNA: GO_A QRUPU “ШУМ” SÖYLƏYƏCƏK

“Avroviziya 2021” mahnı yarışmasının növbəti mahnısı bəlli oldu. Dördüncü olaraq mahnısını seçən ölkə Ukrayna, və təmsilçisi Go_A qrupudur.

Bir-neçə gün öncə beş nəfərdən ibarət münsif heyəti onlara təqdim olunan üç mahnını dinləyib və aralarından ölkəni bu il Rotterdamda təmsil edəcək olanı seçiblər.

Mahnıların üçü də dünən rəsmi olaraq izləyicilər üçün təqdim edilmişdi:

1. “Шум”;
2. “Рано”;
3. “Церковка”.

Nəticə olaraq bir-neçə dəqiqə öncə bəlli oldu ki, Ukraynanı bu il “Шум” mahnısı təmsil edəcək.

Qeyd edək ki, mahnı artıq bir-neçə gün öncə təqdim edilmişdi. Və mahnının klipi Go_A qrupunun rəsmi YouTube hesabında paylaşılmışdı.

YouTube player

Leave a Reply