İSVEÇ: “MELODIFESTIVALEN 2021” MAHNILARI TƏQDİM OLUNUB

Ötən gün qeyd etdiyimiz kimi, artıq bu gün “Melodifestivalen 2021”-in İlk Yarımfinalında iştirak edən mahnılrın bir dəqiqəlik fraqmentləri yayımçı kanal tərəfindən təqdim olunub.

Mahnıları yayımçı kanal SVT-nin səhifəsində və ya bizim telegram kanalımızdan dinləyə bilərsiniz.

Hər il olduğu kimi, bu il də İsveç milli seçim turunda 28 iştirakçı, dörd yarımfinalda mübarizə aparır. Bu həftənin Şənbə günü isə artıq İlk Yarımfinal baş tutacaq və iki nəfər finala vəsiqə qazanacaq.

Bu həftənin “Melodifestivalen” cədvəli:

Çərşənbə axşamı: Melodifestivalen’in saytına bütün 7 mahnı sözləri və əlavə məlumatlar əlavə edilir.

Çərşənbə günü saat 14:00-da: seçilmiş jurnalistlər iştirakçıların mahnılarını dinləyir və rəylərini yayımlayır.

Cümə axşamı səhəri: yeddi mahnını 60 saniyəlik fraqmentləri; cümə axşamı günortadan sonra isə: yeddi mahnının 30 saniyəlik məşq görüntüləri yayımlanır.

Cümə: Son məşqlər baş tutur və jurnalistlərin yalnız axşam baş tutacaq məşqlərə qatılmasına icazə verilir.

Şənbə günü Bakı vaxtı ilə saat 23:00-da: Yarımfinal canlı olaraq baş tutur.

Mənbə: SVT

Leave a Reply