“Avroviziya 2021″ yarışmasının keçirilməsini təmin edən planlardan biri “A planı” təəssüflər olsun ki, planlar arasından çıxarılmışdır.

Hal-hazırki situasiyanı nəzərə alınaraq belə bir qərar verilmişdir. Bu isə o deməkdir ki, öyrəşdiyimiz adi yarışma və arenada çoxlu fanatları görə bilməyəcəyik.
Yayımçı kanallar və nümayəndə heyətləri ilə daimi olaraq, qalan planların həyata keçirilməsi üçün əlaqələr saxlanaraq, bütün mümkün ssenarilərin üzərində işlər davam etdirilir. Pandemiya ilə əlaqədar olaraq yarışma sosial izolasiya mühitində keçiriləcəkdir.
B və C planlarında səyahət edəcək nümayəndə heyətinə limit qoyulacaq. Bütün tədbirlər və ən əsas yarışma sosial məsafəli oturacaqlar vasitəsilə təmin ediləcək. Bu planlara xüsusi rənglər üzrə məhdudlanmış ölkələrin nümayəndələri və səhayət blokunda olan ölkələr Rotterdama gələ bilməsə, öz evindən çıxış etməli olacaq.
D planı – bu isə ən arzuolunmaz plandır. Bu planda isə bütün iştirakçılar öz ölkələrindən çıxış edəcək və yarış tamaşaçısız baş tutacaq.
Sieste Bekker vurğulayıb ki, hal-hazırda bütün iştirakçıların sağlamlığını əsas prioritet hesab edərək, təşkilatçılar, 41 ölkə təmsilçisinin Rotterdama gəlib eyni səhnədə çıxış etməsini təmin etməyə çalışırlar. Təbii ki, medya və jurnalistlər də istisna olunmur.
Mənbə: eurovision.tv