Norveç milli seçim turu “Melodi Grand Prix”-də növbəti texniki nasazlıq yaranıb, yüzlərlə səs hesablanmayıb.
Ölkənin yayımçı kanalı bu gün açıqlama edib. Məlumatda bildirilir ki, ötən həftələrdə keçirilmiş iki yarımfinalda texniki nasazlıq yaranıb, bunun nəticəsində bəzi səslər hesablanmayıb.
Yayımçı kanal belə hadisələrin daha çox köhnə versiya Android və iOS sistemli smartfonlar işlədənlərdə olduğunu bildirib. Amma buna baxmayaraq, toplanmayan səslər azlıq təşkil etdiyinə görə, onların ümumi səsverməyə təsiri olmayıb. Səslər toplansa belə nəticələr dəyişmir.
Qeyd edək ki, belə problem “Melodi Grand Prix”-də ilk dəfə deyilki yaranır. Daha öncə, ötən ilin finalında növbəti mərhələyə keçən dörd nəfəri müəyyənləşdirən səsvermə zamanı sistemdə problemlər yaranmışdı. Təşkilatçılar rezerv münsif səsverməsindən istifadə etmək məcburiyyətində qalmışdılar.
Bu hadisədən sonra NRK səsvermədə bir sıra dəyişiklər etmişdir, lakin görünən odur ki, problemlər hələ də mövcuddur.
Source: VG & Eurovoix