İTALİYA: “SANREMO”-DA QALMAQAL

“Sanremo 2021” festivalında qalmaqal yaranıb! Yayımçı kanal Rai və hökümət arasında qeyri-anlaşılmazlıq yaranıb.

Belə ki, yayımçı kanal Rai iki gün öncə izləyici qeydiyyatına başlamışdı. Məlumata görə, 300 nəfər izləyici musiqi festivalını canlı izləyəcəkdi.

Buna baxmayaraq ölkənin mədəniyyət naziri Dario Franceschini öz Twitter hesabında paylaşım edərək, “Sanremo 2021”-in keçiriləcəyi “Ariston teatrı”-nda, səhiyyə nazirliyinin tədbiq etdiyi qaydalara əsasən, tamaşaçıların ola bilməyəcəyini söyləyib.

Hal-hazırda İtaliyada bütün teatr və kino zalları COVID-19 pandemiyasının qarşısını almaq məqsədi ilə tətbiq edilən karantin qaydalarına əsasən bağlıdırlar. Və indi “Ariston Teatrı”-nın teatr vəya televiziya studiyası olduğu mübahisə olunur. Əgər televiziya studiyası kimi nəzərə alınsa, bu zaman məkan tamaşaçı qəbul edə biləcəkdir.

İtaliya mediasında, əgər festivala tamaşaçı buraxılmasa, “Sanremo”-nun direktoru Amadeusun tədbirdən kənarlaşacağı müzakirə olunur.

Mənbə: Ansa & Eurovoix

Leave a Reply