Növbəti “Avroviziya 2021” iştirakçı ölkəsindən xəbər gəldi. Bu səfər Moldova rəsmi olaraq Natalia Gordienko’nu təmsilçisi kimi təsdiq edib. Mahnı 8 martda təqdim olunacaq.
“2020-ci ildə seçilən sənətçinin fors-major səbəbi ilə iştirak etmək fürsəti olmadığını nəzərə alaraq, Təşkilat Komitəsi, Natalia Gordienko’nun “Avroviziya 2021″-də ölkəmizi təmsil etmə şansının verilməsinə qərar verdi” – bunu Müsabiqənin Təşkilat Komitəsindən TRM.MD-yə Vitalie Cojocaru bildirilib.
Onun sözlərinə görə, Natalya Gordienko 8 mart 2021-ci ilədək yeni bir mahnı və səhnə konsepsiyasını təqdim etməli olacaq.
Moldova Respublikasında müsabiqənin təşkilatçısı IP Teleradio-Moldova tərəfindən yayımlanan bildirişdə bu il milli seçi turunun keçirməsinin COVID-19 pandemiyasının yaratdığı vəziyyət və tətbiq edilən məhdudiyyətlər səbəbindən qeyri-mümkün olacağından bəhs olunur.
“IP Teleradio-Moldova tərəfindən tətbiq olunan ənənəvi versiyada milli seçim aparmaq mümkün deyil, çünki dövlət tərəfindən qoyulmuş qaydalara uyğunluğu təmin etmək mümkün olmayacaq”.
Təşkilat Komitəsinin üzvləri qeyd etdilər ki, yalnız yaradıcı heyət və əvvəlcədən seçim şousunun təşkili üçün tələb olunan minimal texniki heyət 50 nəfər limitini aşır. Eyni zamanda, bir televiziya studiyasının məhdud mühitində sosial uzaqlaşma təmin etmək mümkün olmayacaq.
Mənbə: TRM