Mövsümün ən gözlənilən və ən həyəcanlı milli seçim turlarından biri “Melodi Grand Prix 2021”-in İkinci Yarımfinalı indicə başa çatdı! Gecənin sonunda Raylee “Hero” mahnısı ilə finala vəsiqə qazandı!
Həmişə olduğu kimi yarımfinalda dörd ifaçı iştirak edirdi. Iştirakçıların siyahısı həftənin Bazar Ertəsi günü açıqlanmışdı:
1. Raylee – Hero;
2. Maria Solheim – Nordlyset;
3. Ketil Stokkan – My Life is OK;
4. Daniel Owen – Psycho.
Şou hər zaman olduğu kimi püşkatma mərasimi ilə başladı. Nəticə olaraq ilk dueldə Ketil Stokkan Daniel Owen’ə qarşı, ikinci dueldə isə Raylee Maria Solheim’a qarşı yarışdı.
Səsverməsinin nəticəsi olaraq Daniel Owen “Psycho” mahnısı ilə, və Raylee “Hero” mahnısı ilə Qızıl Duelə vəsiqə qazandılar.
Gecənin yekununda hər iki ifaçı mahnılarını ikinci dəfə ifa etdi. Səsvermə başladı. Və nəticədə daha çox səs toplayaraq Raylee gecənin ən güclüsü oldu və finlaçılar sırasına daxil oldu!
Hazırda finalçılat siyahısı belə müəyyənləşib:
1. KEiiNO – Monument;
2. TIX – Ut av mørket;
3. Stavangerkameratene – Barndomsgater;
4. Kaja Rode – Feel Again;
5. Atle Pettersen – World on Fire;
6. Rein Alexander – Eyes Wide Open;
7. Blåsemafian – Let Loose;
8. Raylee – Hero.