Litva milli seçim turu “Pabandom iš Naujo 2021”-in ikinci buraxılışı yekunlaşdı. Nəticədə daha beş ifaçı yarımfinala vəsiqə qazandı.
Bu gecə baş tutan “Pabandom iš Naujo”-nun ikinci buraxılışında on ifaçı iştirak etdi, və gecənin sonunda onlardan yalnız beşi növbəti mərhələyə keçməyi bacardı:
- Gebrasy – Where’d You Wanna Go?;
- Gabrielius Vagelis – My Guy;
- Evita Cololo – Be paslapčių;
- Norbertas – Man in Need;
- Aistė Brokenleg – Home;
- Sunday Afternoon – Open;
- Rapolas Meškauskas – Degam;
- Gabrielė Goštautaitė – Freedom;
- Cosmic Bride – Solitary Star;
- UnoBand – Eisiu.
Gecən digər diqqət çəkən məqamı isə, birbaşa finalçı The Roop qrupunun “Discoteque” mahnısını canlı ifa etmələri oldu. Xüsusi qonaq qismində iştirak edən qrup final üçün hazırladıqları öz performanslarını ilk dəfə təqdim etdi.
Növbəti mərhələ Yarımfinal olacaq və Yanvarın 30-u keçiriləcək. Fevralın 6-sında isə qalıb bəlli olacaq.