FRANSA: MİLLİ SEÇİM NECƏ KEÇƏCƏK?

İlin ən gözlənilən milli seçim turlarından biri olan Fransanın ” Eurovision France, C’est vous qui decidéz” artıq bir-neçə gün sonra, önümüzdəki Şənbə günü, Yanvarın 30-u baş tutacaq.

Daha öncə qeyd edildiyi kimi, 12 iştirakçı ölkəni təmsil etmək uğrunda mübarizə aparacaq:

YouTube player
YouTube player
  1. LMK – Magique;
  2. Ali – Paris me dit;
  3. Casanova – Tutti;
  4. Barbara Pravi – Voilà;
  5. Cephaz – On a mangé le soleil;
  6. Amui – Maeva;
  7. Andriamad – Alléluia;
  8. Philippine – Bah non;
  9. Juliette Moraine – Pourvu qu’on m’aime;
  10. 21 Juin Le Duo – Peux-tu me dire?;
  11. Terence James – Je t’emmènerai danser;
  12. Poney X – Amour fou.

Müsabiqə bir gecədə iki mərhələdən ibarət olacaq. İlk növbədə bütün iştirakçılar öz mahnılarını canlı ifa edəcək. Xalq səsverməsinin nəticəsində onlardan yeddisi superfinala vəsiqə qazanacaq. Digər beş nəfərdən biri də münsiflərin səsverməsinin nəticəsi olaraq növbəti mərhələyə keçəcək. Yekunda səkkiz iştirakçı qalibiyyət uğrunda mübarizə aparacaq, qalib 50% xala və 50% münsiflərin səsverməsi nəticəsində bəlli olacaq.

Münsif heyyəti:

YouTube player
  1. Amir;
  2. Jean- Paul;
  3. Marie Myriam;
  4. Michele Bernier;
  5. Duncan Laurance;
  6. Elodie Gossuin;
  7. Agustin Caliana;
  8. Natasha st. Pier;
  9. Andre Monukian;
  10. Chimene Bedi.

Amir jurilərin lideridir. Jean-Paul isə qalibin səhnə paltarını dizayn edəcək.

Səhnə dizaynı

COVID-19 pandemiyasının yaratdığı maneələri nəzərə alaraq, “Eurovision France, C’est vous qui decidéz”-in televiziya studiyasında, tamaşaçısız keçirilməsinə qərar verilib. Müsabiqə önümüzdəki Şənbə günü, ayın 30-u keçiriləcək, və France2 ilə yanaşı, Danimarka, İrlandiya, Böyük Britaniya Rumıniya kimi ölkələrdə fəaliyyət göstərən TV5Monde kanalında yayımlanacaq.

Leave a Reply