AZƏRBAYCAN: EFENDİ MAHNI YAZMAQ ÜÇÜN STUDİYADADIR!

Hər il olduğu kimi, bu il də Azərbaycan hazırlıq prosesi haqqında ictimaiyyətə çoxda xəbər vermir. Amma bəzi paylaşımlara əsasən anlamaq olur ki, nümayəndə heyəti artıq studiyada mahnıları yazmağa başlayıb.

Bu gün Mila Miles ləqəbli, Efendi’nin vokal müəlliminin Instagram hekayəsində paylaşdığı şəkillərdən bəlli olur ki, nümayəndə heyyəti artıq mahnı yazmaq prosesinə başlayıb.

Bir-neçə həftə öncə başlayan mahnı qəbulu, dünən rəsmi olaraq Fevralın 1-nə kimi uzadılmışdı. Nümayəndə heyətinin rəhbəri İsa Məlikovun sözlərinə görə indiyə qədər 150-dən artıq mahnı daxil olub.

Hal-hazırda bütün heyət üzvləri mahnıları bir-bir dinləyib, aralarında ən çox bəyənilənləri Efendinin ifasında yazırlar. Daha sonra, “shortlist” tam formalaşandan sonra, mahnılar xüsusi yaradılmış “Focus Group”-a təqdim olunacaq. Ən çox səs yığan mahnı “Avroviziya 2021” mahnı yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Leave a Reply