LİTVA: THE ROOP MAHNISINI TƏQDİM ETDİ

Ötən və bu ilin ən əsas favoritlərindən sayılan The Roop qrupu nəhayət öz “Avroviziya 2021” mahnısı “Discoteque”-i təqdim etdi!

İlin ən gözlənilən mahnılarından biri məs Litva milli seçim turu “Pabandom iš Naujo” iştirakçısı olan The Roop qrupunun hazırladığı mahnı idi.

Ötən həftə mahnının adını açıqlayan qrup, artıq bu gecə bəstəni dinləyiciləri ilə paylaşdı. “Discoteque” adlı mahnı ölkəni təmsil etmək uğrunda Litva milli seçim turunun birbaşa finalında səslənəcək.

Mahnının rəsmi klipi isə bu gün Bakı vaxtı ilə saat 11:30-da yayımlanacaq. Bununla yanaşı, The Roop qrupu sabah keçiriləcək milli seçim turunun ikiknci gecəsinin özəl qonağı olacaq və mahnını ilk dəfə canlı ifa edəcək.

YouTube player

Mahnını bizim telegram kanalımızdan yükləyə bilərsiniz.

Qeyd edək ki, qrup Litvanı “Avroviziya 2020” təmsil etmək hüququ qazanmışdı. Müsabiqə ləğv edildikdən sonra, “On Fire” mahnısının böyük uğuruna baxmayaraq, yayımçı kanal qrupa birbaşa iştirak hüququ verməyib, bunun əvəzinə “Pabandom iš Naujo”-nun birbaşa finalında iştirak şansı vermişdi.

Leave a Reply