Növbəti bütün iştirakçılarını açıqlanan milli seçim turu Finlandiyanın “UMK 2021”-i oldu.
Ötən həftədən mahnılarını bir-bir təqdim etməyə başlayan Finlandiya, artıq bu gecə son mahnısını yayımladı.
Ölkəni “Avroviziya 2021”-də təmsil etmək uğrunda yarışacaq yeddi ifaçı və onların mahnı adları belədir:
1. OSKR – Lie;
2. Teflon Brothers & Pandora – I Love You;
3. Danny – Sinä päivänä kun kaikki rakastaa mua;
4. Laura Põldvere – Play;
5. Aksel – Hurt;
6. Blind Channel – Dark Side;
7. Ilta – Kelle mä soitan.
Bütün mahnıları bizim telegram kanalımızda dinləyə və yükləyə bilərsiniz.
Qeyd edək ki, müsabiqənin finalı Fevralın 20-si baş tutacaq, və qalıb Rotterdama Finlandiyanı təmsil etməyə yollanacaq.
Daha öncə isə, Blind Channel öz mahnısını təqdim etdikdən sonra, ölkə mərclərdə yüksələrək ilk onluğa daxil olmuşdur.