Milli seçim turları mövsümü tam sürətlə dəvam edir. Artıq Fransa milli seçim turunun finalına sayılı günlər qalıb. Və bu münasibətlə, artıq bir ənənəyə çevrilmiş “12 Xal Səsverməsinə” start veririk.
Milli seçimdə iştirak edən bütün 12 ifaçı iki yarımfinala bölünəcək. Altı nəfərin yarışdığı hər yarımfinaldan üç nəfər finala vəsiqə qazanacaq.
Sonda finala vəsiqə qazanmış bütün altı ifaçı bizim səsvermənin qalibi adını qazanmaq üçün bir-biri ilə yarışacaq.
Püşkatma nəticəsində yarımfinallar belə müəyyənləşib.
İlk Yarımfinal:
- Juliette Moraine – Pourvu qu’on m’aime;
- Amui – Maeva;
- Ali – Paris me dit;
- Philippine – Bah non;
- LMK – Magique;
- Terence James – Je t’emmènerai danser.
İkinci Yarımfinal:
- Barbara Pravi – Voilà;
- Cephaz – On a mangé le soleil;
- 21 Juin Le Duo – Peux-tu me dire?;
- Casanova – Tutti;
- Andriamad – Alléluia;
- Poney X – Amour fou.
Nəticələr 50% münsif, 50% izləyici səsverməsi ilə bəlli olacaq. Münsif heyyəti altı nəfər “12 Xal Team” üzvlərindən ibarət olacaq. Digər bütün izləyicilərin səsləri “izləyici səsverməsi” kimi hesablanacaq. Hər bir izləyici bizim telegram kanalımıza daxil olub səsvermədə iştiral edə bilər!