“Avroviziya 2021”-ə hazırlıqlar bütün iştirakçı ölkələrdə artıq tam sürətlə dəvam edir. Bu məqamda növbəti ölkə təmsilçisi bəlli oldu.
Növbəti xəbər çoxdandır haqqında eşitmədiyimiz Şimali Makedoniyadan gəldi. Ölkəni ötən il təmsil etmək üçün seçilmiş, lakin məlum səbəblərdən ötrü Rotterdama gedə bilməyən, Vasil təmsil edəcək.
Bu məlumatı ilk növbədə ifaçı öz Instagram səhifəsində, sonra isə “Avroviziya”-nın rəsmi hesabı paylaşıb.
Şimali Makedoniyanı təmsil edəcək mahnı daxili seçim yolu ilə seçiləcək. İştirak etmək istəyənlər eurosong.macedonia@gmail.com elektron ünvanına müraciət edə bilər. Mahnı qəbulu Yanvar ayının 27-sinə qədər dəvam edəcək.
Qeyd edək ki, ifaçı ötən il “You” mahnısı ilə Şimali Makedoniyanı “Avroviziya 2020”-də təmsil etməli idi.