Eden Alene “Avroviziya 2021” üçün mahnı seçiminin final mərhələsinə çatır! Artıq bir həftə sonra İsrail adına yarışacaq mahnı bəlli olacaq.
Daha öncə Dekabr ayında doqquz mahnının demo-versiyaları təqdim edilmişdi. Xalq səsverməsinin nəticəsi olaraq, üçü finala vəsiqə qazanmışdı.
Finalı televiziyada yayımlanacaq “Hashir Shelanu L’Eurovizion” adlı milli seçim turunda Edən’in ifasında səslənəcək üç mahnılar bunlardır:
- La La Love;
- Set Me Free;
- Ue La La.
Və artıq bu gün ölkənin yayımçı kanalı hər üç mahnı üçün rəsmi klipləri təqdim etdi! Bununla yanaşı səsverməyə start verildi.
100% xalq səsverməsi ilə seçiləcək mahnı, bir həftə sonra, ayın 25-i bəlli olacaq.
Mənbə: KAN