NORVEÇ: NÖVBƏTİ İŞTİRAKÇILAR AÇIQLANDI

Norveç milli seçim turu “Melodi Grand Prix 2021”-in İkinci Yarımfinal iştirakçıları və mahnıları təqdim olundu! Raylee geri dönür.

Ötən gün də qeyd etdiyimiz kimi, hər həftənin Bazar Ertəsi günləri Norveç milli seçim turunun mahnıları təqdim olunur. Bu gün isə bu həftənin Yarımfinal mahnıları bəlli oldu.

Dörd ifaçının iştirak etdiyi bu yarımfinalda, ötən il bir çox “fan”-ın sevimlisinə çevrilmiş Raylee də yer alır:

Raylee – Hero;
Maria Solheim – Nordlyset;
Ketil Stokkan – My Life is OK;
Daniel Owen – Psycho.

Bütün mahnıları bizim telegram kanalımızda dinləyə bilərsiniz.

Qeyd edək ki, ötən həftə keçirilmiş yarımfinalda Blåsemafian finala vəsiqə qazanmışdı.

Hal-hazırda finalçılar siyahısı:

1. KEiiNO – Monument;
2. TIX – Ut av mørket;
3. Stavangerkameratene – Barndomsgater;
4. Kaja Rode – Feel Again;
5. Atle Pettersen – World on Fire;
6. Rein Alexander – Eyes Wide Open;
7. Blåsemafian – Let Loose.

Mənbə: NRK

Leave a Reply