Yayımçı kanallara daha çox azadlıq veriləcək. Bu barədə müsabiqənin Icraçı Prodüseri Sietse Bakker danışıb.
Iştirakçı ölkələr, “Uşaq Avroviziya 2020”-dən fərqli olaraq, hamısı eyni səhnə qurmaq məcburiyyətində olmayacaqlar.
Onun sözlərinə görə, 41 dəfə eyni səhnəni izləmək izləyicini yora bilər, və buna görə hər ölkə öz səhnəsini qurmaq hüququna sahib olacaq.
“Əlbəttə biz bütün iştirakçıların Rotterdama gəlməsini istəyirik və buna ümid edirik. Amma, əgər bunu etmək mümkün olmasa, biz bütün ölkələrə öz səhnələrini qurmaq imkanı vermək istəyirik.
Təbii ki, biz öz səhnə məsləhətlərimizi verəcəyik. Amma bununla yanaşı hər cür təklifə açıq olacağıq” – deyə Sietse bildirib.
Qeyd edək ki, daha öncə AYB tərəfindən açıqlama edilmişdi. Və müsabiqənin baş tutmasını şərtləndirmək üçün, hər ölkə öncədən öz canlı performansını çəkib, təqdim etməli olacaq deyə, Avropa Yayım Birliyi bildirmişdi.
Source: Jan Bors YouTube channel