Ötən ilin favoritlərindən olan Litvadan xəbər var. Belə ki, ölkənin LRT kanalı, “Pabandom iš naujo!” adlı milli finalda olacacaq namizədləri açıqladı.
Açıqlanan 23 namizəd arasında, 2011-ci ildən tanıdığımız təmsilçi Evelina Sašenko və 2014-cü ildə Litvanı “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş müğənni və aktyor Vilija Matačiūnaitė də var.
Qeyd edək ki, 2020-ci ildə ölkəni “Avroviziya” səhnəsində təmsil etmək hüququ qazamış, lakin COVID-19 pandemiyası səbəbindən Rotterdama gedə bilməyən The Roop qrupu, birbaşa olaraq finalda iştirak edəcək.
Namizədlər:
- Aistė Brokenleg
- Aldegunda
- Be U
- Black Spikes & Indrė Launikonytė
- Cosmic Bride
- Donata Virbilaitė
- Evelina Sašenko
- Evita Cololo
- Gabrielė Goštautaitė
- Gabrielius Vagelis
- Gebrasy
- Gintarė Korsakaitė
- Martyna Jezepčikaitė
- Milita Daikerytė
- Norbertas
- Rapolas Meškauskas
- Sunday Afternoon
- The Roop
- Thomas Tumosa
- Titas & Benas
- Twosome
- UnoBand
- Voldemars Petersons
Ötən illərdən fərqli olaraq daha az iştirakçının yer aldığı, və daha qısa zamanda keçiriləcək Litvanın milli finalı 16 yanvar və 6 fevral tarixləri arasında baş tutacaq.
Mənbə: LRT