Bu dəfə “Avroviziya 2021” üçün “Bah Non” mahnısıyla “C’est vous qui décidez” Fransız milli finalında yarışan Filippinlə müsahibə götürdük.
Söhbətimiz zamanı fransız müğənni bizə karyerası, səhnəyə necə gəldiyi və onu “Avroviziya” üçün Fransanın milli seçiminə nəyin gətirdiyini danışdı. Filippin həm də səhnədə necə bir performans göstərəcəyi haqqda bəzi detalları açıqladı.
Filippin, bu il “Avroviziya” üçün Fransanın milli finalında enerjili “Bah Non” mahnısıyla yarışan on iki sənətçidən biridir.
Fransa “Avroviziya”-nın ən güclü yarışmacılarından və “Böyük 5” ölkələrindən biridir. Keçən il Tom Leeb ölkəni “Eurovision 2020”-də təmsil etmək üçün daxili seçim yolu ilə seçilmişdir, lakin daha sonra COVID-19 pandemiyası səbəbindən yarışma ləğv edilmişdi. Bu il yayımçı kanal milli seçimi geri qaytarmaq qərarına gəldi. Seçimin yeni formatı “C’est vous qui décidez” adlanır.
Mənbə: France TV