Artıq bir “Avroviziya” ənənəsinə çevrilən ilin ilk mahnısının Albaniyada gəlməsi ənənəsi bu il də davam etdi. Albaniyanə bu yenidən öz təmsilçisini 3 gecə davam edən “Festivali i Këngës” yarışması ilə təyin etdi. Artıq 59-cu dəfə keçirilən “Festivali i Këngës” başa çatdı və qalib bəlli oldu.
Albaniyanı bu il Anxhela Perister “Karma” mahnısı ilə təmsil edəcək!
Tam nəticələr hələ açıqlanmayıb.
Münsiflər heyəti:
- Robert Radoja (83 yaş);
- Vasil Tole (57 yaş);
- Preç Zogaj (63 yaş);
- Ramë Lahaj (37 yaş);
- Luan Zhegu (71 yaş);
- Zana Shuteriqi.
- və iki adı açıqlanmayan RTSH nümayəndələri.
Qeyd edək ki, keçən ay verdiyi müsahibələrdən birində Anxhela mahnını alban dilində saxlayacağı vəya ingilis dilinə tərcumə edəcəyinə dair qərar vermədiyini açıqlamışdı.
Mənbə: RTSH