MURAD ARİF: BİZDƏ MÜSABİQƏYƏ HƏMİŞƏ MODELLƏR GEDİR

Müğənni və bəstəkar o cümlədən, Avroviziya şərhçisi Murad Arif AStar’a olan müsahibəsində Avroviziyaya getmək istədiyindən və müsabiqədə iştirak edən təmsilçilərimizin mahnılarından bəhs edib.

Aparıcının “Eurovision’a getmək istəyirdin?” sualına ifaçı “Bəli, çox gözəl təcrübədir, 3 ay ərzində maraqlı görüşlər, mətbuat konfransları, inanılmaz bir səhnə təcrübəsi əldə edirsən” sözlərini vurğulayıb.

O sözlərinə əlavə olaraq isə, “Çoxları gedib – gəlir amma ondan bəhrələnə bilmir. Mən ora gedərək Sertab Erener və Kenan Doğulu ola bilərdim.

YouTube player

Mən əgər müsabiqəyə getsəm sadəcə fikirlərim və şərtlərim olardı. Məsələn çılğın müğənniləri ölü mahnılarla göndərirlər. Buna misal biz Samra və Dilarəni deyə bilərik. Daha sonra Aisel bizi təmsil etdi, çox dərin musiqi dünyası olan bir qız, şirindən şirin bir pop mahnı ilə. Hansı ki, yarıfinalı adlaya bilmədi. Onun kimi gözəl səsi olan birini daha yaxşı işlə təqdim etmək olardı.

Fikirləşirəm ki mən öz türk kimliyimi, azərbaycanlı kimliyimi hansısa çılğın tempolu bir mahnıda təqdim edə bilərəm və o hit ola bilər, insanlar əylənə bilər.

Lakin burda adamın qarşısını həmişə nəysə kəsir. Bəzən insanlar, bəzən də düşüncələr. Bizdə həmişə modellər gedir, presli oğlanlar, gözəl ayaqlı qızlar. Niyə? Qarınlı qaqalara nə olub?

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading