MELODIFESTIVALEN 2021: BÜTÜN İŞTİRAKÇILAR VƏ MAHNI ADLARI BƏLLİDİR

Nəhayət ki, “Melodifestivalen 2021” iştirakçıları artıq bəllidir. Arasında ötən illərdən tanıdığımız simaların da olduğu siyahını sizə təqdim edirik:

1. Alvaro Estrella – Baila Baila;
2. Anton Ewald – New Religion;
3. Arvingarna – Tänker inte alla gå hem;
4. Charlotte Perrelli – Still Young;
5. Clara Klingenström – Behöver inte dig idag;
6. Danny Saucedo – Dandi Dansa;
7. Dotter – Little Tot;
8. Efraim Leo – Best of Me;
9. Elisa – Den du är;
10. Emil Assergård – Om allting skiter dig;
11. Eric Saade – Every Minute;
12. Eva Rydberg & Ewa Roos – Rena rama ding dong;
13. Frida Green – The Silence;
14. Jessica Anderson – Horizon;
15. Julia Alfrida – Rich;
16. Kadiatou – One Touch;
17. Klara Hammaström – Beat of Broken Hearts;
18. Lillasyster – Pretender;
19. Lovad – Allting är precis lidakant;
20. Mustasch – Contagious;
21. Nathalie Brydolf – Fingerprints;
22. Patrik Jean – Tears Run Dry;
23. Paul Rey – The Missing Piece;
24. Sannex – All Inclusive;
25. Tess Merkel – Good Life;
26. The Mamas – In the Middle;
27. Tusse – Voices;
28. WAHL feat. SAMI – 90-talet.

Rekord müraciət sayı ilə, yaxınlaşan şou üçün ümumilikdə 2747 təqdim olunmuşdu. Yarımfinalların püşkatma nəticələri gələcək günlərdə açıqlanacaq.

YouTube player

Milli finalda iştirak edəcəklər arasında diqqət etdinizsə “Avroviziya 2011” təmsilçisi Eric Saade, “Avroviziya 1999” birincisi Charlotte Perrelli, “Avroviziya 1993” təmsilçisi Arvingarna, o cümlədən “Avroviziya 2020” təmsilçisi və Melfest qalibi The Mamas, “Melodifestivalen 2020” ikincisi Dotter və digər Melfest simaları da yer alır.

YouTube player

Hər zamanki kimi yarışma yarımfinal, ikinci şans və final daxil olmaqla 6 şoudan ibarət olacaq. Birinci Yarı Final 6 Fevralda yayımlanacaq. Final “Avroviziya 2021” üçün son təqdimat tarixindən bir neşə gün əvvəl, 13 martda baş tutacaq.

Ölkənin müxtəlif böyük şəhərlərinə turların əvəzinə, bu dəfə bütün şoular COVID-19 pandemiyası səbəbiylə ölkənin paytaxtı Stokholmda reallaşacaq. Televiziya tamaşaçılarını əks etdirən nəhəng divarın həqiqi auditoriyanı əvəz etməsi ilə bağlı bəzi planlar da mövcuddur.

Mənbə: SVT

Leave a Reply