Eurovision 2016 təmsilçimiz Samra Rəhimli son zamanlarda öz ifaları ilə ölkədə seçilən yeganə xanım ifaçıdır desək yanılmarıq. Bu dəfə də fərqli üslubda qarşımızda olan Samra yeni mahnısı ilə qələbəmizə yaraşar bir mahnı təqdim edib.
“Şuşa, Biz Qayıtmışıq” adlanan mahnının musiqisi və sözlərini OD üstələyərkən , Beat üzərində Clavis, Mix & Mastering üzərində isə Drek çalışıb.
Qeyd edək ki, layihənin rəhbəri ifaçının anası İlahə Baxşıyevaya məxsusdur.
Mahnı sözləri:
We are back home, get it
[Bənd 1]
Qarabaq xanı bizik
Gəlirik, tanı bizi
Asmışıq bayrağı dağların başından
Qoruyur tanrı bizi
Köməyə qonşunu çağır
Onsuz da başım uca
Bir də qaldırma bayrağını göyə
Onsuz da aşıracam mən
Bax, partlayır – “boom”, qaç
Üst qatdayam. Hu! Ha!
Arxanda duranı bilmirəm, amma ki
Tapşırıb qoyunu qurda
Dərs keçirik, dur, bax
Başına keçirib torba
Gətirəcəm səni ayağıma, çünki
Hələ verəcəyin pul var
[Keçid]
Şuşa bizimçün darıxıb
Şuşa bizimçün darıxıb
Darıxıb…