AVROVİZİYA 2021-İN POSTKARD KONSEPİYASI BƏLLİ OLDU

Avroviziya 2021-in postkard konsepti bəlli olub.  Açılış mövzusuna uyğun olaraq, Eurovision 2021 Mahnı Müsabiqəsinin təşkilatçı Holland  komandası postkardların çəkilişi üçün ölkə ətrafında gəzməli – görməli yerlərin axtraşındadır.


Keçən il yarışma ləğv olmamışdan əvvəl postkard çəkilişi üçün əvvəlcədən planlaşdırılmış səfərlər təxirə salınmışdı. Hal-hazırda  sənətçilərin video çəkilişlər üçün  Hollandiyaya gedib-getməyəcəyi bəlli olmadığından, Core Team artıq fərqli bir konsepsiya seçmək qərarına gəlib.

Təşkilatın sədri Garben Bakker: 

“Bu il sənətçilər öz ölkələrində çəkilən şəkillərlə xalqa təqdim ediləcəklər. Bu görüntülər ” kiçik bir ev ” adlandırılan bir çərçivədə göstəriləcək. Hollandiyadakı fərqli yerlərdə ifaçıya uyğun olan ev qurulacaq ki  onları yaxından tanıyaq”

YouTube player

Dünyaya açılaq!
“Bu il otaqlarımız bizim üçün ən vacib yerlərdən olub. Eyni zamanda, biz öz evlərimizi dünyaya açacayıq. Bu evlər üçün Niderlandda nadir ərazilərin axtarışındayıq hansılarla ki biz öz ölkəmizin füsunkar gözəlliyini dünyaya göstərə bilərik.”

Yarışmanın təşkilatçıları foto üçün əlverişli və məşhur yerlərin axtraşındadır. Ancaq gizlin olub, nəfəskəsici gözəlliyə sahib olan yerlər də istisna olunmur. Çəkilişlər geniş diapozonu əhatə edəcəyindən evin ətrafında kifayət qədər boş məkanın olması, evin orda qurulması və rahat çəkiliş əsas prioritetdir.

Eurovision Mahnı Yarışmasının təşkilatçıları əsasən açıq havada fotogen yerlər axtarırlar.  “Yerlər tanınmış yerlər ola bilər, amma ölkəmizə təqdim edə biləcəyi hələ aşkarlanmamış daşlar üçün əlbəttə ki, açıqıq” dedi Gerben. “Səsyazmalar geniş və böyük ölçüdə çəkiləcəyi üçün evin ətrafında yerləşdirib filmə çəkmək üçün kifayət qədər yerimiz olmalıdır.”

Bu yerlər tərcihən bələdiyyə və ya bölgə orqanları tərəfindən qeydiyyata alınır. Xüsusi mülkiyyətin təqdimatları müsbət qarşılanır, lakin bələdiyyə ilə birlikdə təqdim olunan təkliflərin seçilmə ehtimalı daha yüksəkdir.

“Beləliklə, bizi təəccübləndirin və qeydiyyatdan keçin ki, Avropadakı 180 milyon televiziya tamaşaçısına öz gizli cənnətinizi göstərəsiniz” deyə Bakker nitqini sona çatdırıb.


Qeyd edək ki, Niderland vətəndaşları üçün qeydiyyat Dekabr ayının sonunda bitir. Çəkilişlər isə Mart və Aprel ayında baş tutacağı planlaşdırılır.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading