UŞAQ AVROVİZİYA 2020: 12 XAL İZLƏYİCİ SƏSVERMƏSİNİN NƏTİCƏLƏRİ

Bir neçə gün əvvəl bu ilki “Junior Eurovision” Mahnı Yarışmasının “12 Xal Team”-in TOP-12-ni yayımladıq. 2020-ci ildə iştirak edəcək bütün mahnıları müzakirə etdik və qalibimizi seçdik. Sonra oxucularımızın ümumi qalibini müəyyənləşdirmək üçün, xüsusi səsvermə formamızda səs verməyinizi təklif etdik. İndi şouya bir neçə saat qala nəticələri sizlərlə bölüşürük!

“Palante” mahnısı ilə İspaniyanı təmsil edən Soleá, “Uşaq Avroviziya 2020” üçün “12 Xal Izləyici Səsverməsi”-nin qalibi oldu! İlk 3-lüyə Belarusiya və Ukrayna da daxildir.

YouTube player

İspaniya həm “12 Xal İzləyici” həm də “12 Xal Team” səsverməsinin qalibi olmağı bacardı.

Bütün iştirakçılara uğurlar arzu edirik, qoy ən layiqlisi qalib gelsin!

Bizim öz TOP-umuz burada.

Leave a Reply