İlin ilk “Eurovision” yarışması bu gün baş tutur! “Uşaq Avroviziya 2020” bu gün Bakı vaxtı ilə saat 20: 00-da Polşanın Varşava şəhərindən canlı yayımlanacaq!
“Uşaq Avroviziya Mahnı Yarışması 2020” bu il “Uşaq Avroviziya Mahnı Yarışması 2020”-in sayca 18-ci buraxılışı olacaq. Yarış, ölkənin 2019 müsabiqəsindəki qələbəsindən sonra Polşanın Varşava şəhərində keçiriləcək. Müsabiqə ilk dəfə iki il ardıcıl olaraq eyni ölkədə keçiriləcəkdir.
2013-cü ildən bəri ən az iştirakçı sayı olan yarışmada on iki ölkə iştirak edəcək və Almaniya ilk dəfə səhnədə yer alacaq:
Çıxış sıralaması:
- Germany: Susan – Stronger With You
- Kazakhstan: Karakat Bashanova – Forever
- The Netherlands: Unity – Best Friends
- Serbia: Petar Anicic – Heartbeat
- Belarus : Arina Pehtereva – Aliens
- Poland: Alicja Tracz – I’ll Be Standing
- Georgia: Sandra Gadelia – You Are Not Alone
- Malta : Chanel Monseigneur – Chasing Sunsets
- Russia: Sofia Feskova – My New Day
- Spain: Soleà – Palante
- Ukraine: Oleksandr Balabanov – Vidkryvai
- France: Valentina – J’imagine
Davam edən COVID-19 pandemiyası səbəbindən əksər iştirakçılar öz ölkələrindəki studiyalardan performanslarını qeyd edərkən Malta, Polşa və Ukrayna Varşavaya gedib gerçək səhnədə çıxış edəcəklər.
Bu vəziyyətə baxmayaraq, bütün iştirakçılar ilə tele-körpü yaradılacaq və iştirakçılar öz ölkələrindən canlı şouya qatıla biləcəklər. İfaçəlar səsvermədən alacaqları xallara ilk reaksiyasını görə biləcəyik.
Xalların elan edilməsi metodunda da kiçik bir dəyişiklik var. Sonda ən yüksək 12 xalı söyləmək əvəzinə, indi onları əvvəldən elan edəcəklər, və sonra qalan xallar tabloda göstəriləcək.
Açılış və İnterval Aktları:
- Teenage Dancers;
- Common Song (by Groome);
- Viki Gabor (“Junior Eurovision 2019 Winner”);
- Duncan Laurence (“Eurovision 2019 Winner”);
- Alicja Szemplinska (Poland at “Eurovision 2020”).
İndi açıq olan səsvermə xətləri şou başladığında bağlanacaq və bütün iştirakçılar mahnılarını səsləndirdikdən sonra bir daha açılacaqdır.
Mənbə: Junior Eurovision