“Avroviziya 2020” üçün əsas favoritlərdən biri olan Litvanın The Roop qrupu gələn il yarışmada yenidən iştirak edəcəyini açəqladı. Belə ki, qrupun öz sosial mediya hesabında etdiyi paylaşıma əsasən, gələn il keçiriləcək ölkənin “Pabandom iš naujo 2021” adlı seçim turuna qatılacağı məlum olub. Onlar bu barədə:
“Çoxdandır bizə verilən sualları indi cavablayırıq. Avroviziya üçün seçim turlarına qatılmağa qərar verdik. Bizim bir mahnı və çıxışımız da artıq hazırdır.”
Bu ilin əvvəlində dövlət kanalı LRT, The Roop-un yenidən milli seçim turlarına qatılacağı təqdirdə birbaşa finalda da iştirak edəcəyini açıqlamışdı.
Qeyd edək ki, “Pabandom iš naujo 2021” üçün mahnıların təqdimatı artıq keçən aydan etibarən başlamışdır. Bundan başqa keçiriləcək milli seçim turu 6 şoudan ibarət olacaq və namizədlərin mahnıları 16 yanvarda açıqlanacaq.