“Avroviziya 2021” yaxınlaşdıqca, demək olar ki, hər gün yeni məlumatlarla qarşılaşırıq. Müxtəlif ölkələrin müxtəlif seçimləri, iştirakçıların qərarları ilə zəbt olunan xəbər gündəmi hər gün yenilənməkdədir.
Bu dəfəki xəbərimiz “Böyük beşlik” ölkələrindən olan Fransa haqqındadır. Hələ iyun ayından ölkənin təmsilçisinin milli seçim turu vasitəsilə müəyyən ediləcəyi xəbəri təsdiqlənsə də, nə vaxt keçiriləcəyi barədə dəqiq məlumat verilməmişdi.

Fransa KİV-ə əsasən ölkənin milli seçim turu olan “Eurovision France, c’est vous qui décidez”-in başlama vaxtı müəyyənləşib. Beləliklə, sözügedən seçim turunun keçiriləcəyi tarix yanvar ayı olaraq dəqiqləşib. Bundan başqa “Avroviziya 2021” üçün ölkəsini təmsil etmək naminə 12 ifaçının yarışacağı da açıqlanıb. Final gecəsinin aparıcısı isə Stéphane Bern olacaq.Əlavə olaraq jüri və xalq səsverməsi əsasında keçiriləcək seçimlərdə xalq səsverməsinin necə müəyyənləşəcəyi və ya jüri heyətinin neçə nəfər olacağı barədə də hələki məlumat yoxdur.
Qeyd edək ki, Fransanın “Avroviziya 2020” təmsilçisi Tom Leeb növbəti il üçün yarışmaya qatılmayacağı təsdiqlənəndən sonra iyun ayından etibarən milli seçim turu üçün müraciətlər başlamışdı.