İSPANİYA: MAHNI SEÇİMİ BAŞLADI

İspaniyanın Avroviziya klubu- Eurovision Spainin verdiyi məlumata görə Eurovision 2021- də İspaniyanı təmsil edəcək Blas Canto üçün 4 mahnı hazırlanıb və seçimlər üçün təqdim olunubdur.

Yazılmış mahnılar rəsmi yayım hüququna malik olan RTVE telekanalı və ifaçının işlədiyi Varner Musiqi Labelinə göndərilmişdir. Mahnılar hər biri ayrı janrda, fəqət Blasa məxsus stilistikanı saxlamaqla yazılmışdır. Ən maraqlı faktlardan biri isə budur ki,  hazırlanan mahnılarda Avroviziya 2019-da öz yazdığı ” Arcade” mahnısı ilə qələbə çalan Duncanın da əməyinin olması güman edilirdi, lakin bu iddialar da öz əsasını tapmamışdır. Ehtimal edilir ki, mahnılar yenə Blas və İspanlar tərəfindən yazılıb.

Avroviziya 2020 yarışması pandemiya səbəbindən ləğv olunduqdan sonra İspaniya yayım hüququ olan kanal Blası yenidən ölkənin Avroviziya siması olaraq seçmişdir. Qeyd edək ki,ifaçı özünün müəlliflik etdiyi “Universo” mahnısı ilə öz ölkəsini təmsil edəcəkdi. Görək illər sonra nəhayət ki, böyük beşlik ölkəsi olan İspaniya son beşlik steoritipini qıra biləcəkmi?

YouTube player

Leave a Reply