VICTORIA EUROVISION ÜÇÜN HAZIRLANAN İLK MAHNISINI TƏQDİM ETDİ

Eurovision 2020 və 2021 Bolqarıstan təmsilçisi Victoria , müsabiqənin növbəti il üçün namizəd mahnısı “Ugly Cry”-ı yayımladı. Müğənni mahnının hazırda seçim mərhələsində olduğunu, yekun qərarı Bolqarıstan Eurovision komandasının verəcəyini bildirdi.

YouTube player

Victorianın mahnısı haqqında ilkin fikirləri belə olub: “Pandemiya dövründə və bir çox məhdudiyyət olduğu halda bu layihəni həyata keçirdiyimizə görə klipdə əməyi olan komanda ilə fəxr edirəm. İCard-ın Eurovision sərgüzəştimi dəstəkləməsi mənə görə çox həyəcanvericidir və 2021-ci ildə hər biriniz üçün süprizlərim olacaq”

“Ugly Cry” mahnısının klip konsepti Victoria və video direktoru Viktoriya Karakoleva tərəfindən hazırlanıb. Klip, prodüser Rosen Savkov tərəfindən Sofia yaxınlığındakı müasir UFO Film studiolarında lentə alınıb. Layihə daha öncə Victoria-ın “Tears Getting Sober” və “Alright” kliplərini ərsəyə gətirən Ligna Studios, Four Elmentz və MatchPoint Productions tərəfindən hazırlanmışdır

Bolqarıstan Eurovision komandası davam etməkdə olan prosseslərlə bağlı bəzi açıqlamaları da olub:

  • “Victoria və prodüser Billen Ted tərəfindən yazılan müsiqi, Londonda Eurovision müsiqi bəstələmə sessiyasında hazırlandı və əslən İsveç-Bolqar olan Martin Masarov tərəfindən bəyənildi.
  • “Trek Eurovision 2021 üçün namizəd mahnılardan biri olacaq. Rəsmi Bolqarıstan çıxışı mart ayında təqdim ediləcək və “Ugly Cry” seçiləcəyi təqdirdə 3 dəqiqəlik Eurovision versiyası yayımlanacaq.”

Birçoxlarının da qeyd etdiyi kimi, Bolqarıstan komandasının xalqın reaksiyasını yoxlamaq məqsədi ilə bir sıra mahnı yayımlamağa hazır olduğunu bildirmək lazımdır.

Leave a Reply