Avroviziya Digərləri

AİSEL İLƏ ALİM QASIMOV BİR ARADA

Eurovision 2018 təmsilçimiz olan müğənni Aisel (Aysel Məmmədova) yeni ifasını təqdim edib.

İfaçı “Yat rahat” adlı Erməni təcavüzünə məruz qalmış uşaqlara həsr olunmuş mahnını Xalq artisti Alim Qasımov ilə birgə səsləndirib. Xalq artisti ilə bir araya gəlməsindən söz açan Aisel, ona qarşı olan məmnunluğunu də dilə gətirib:

“Ölkədə baş verən hadisələrlə əlaqədar olaraq neçə vaxtdır ki, hamımız göz yaşlarının, sevinc ilə əvəz olunması emosional vəziyyətində idik.

Təəssüf ki, son bir ayda sevincli xəbərlərlə yanaşı, hər birimizə güclü təsir göstərən faciəli hadisələr də baş verdi. Etiraf edirəm ki, aktual hadisələr mövzusunda material yazmaq fikri dərhal deyil, mülki şəxslərin, o cümlədən uşaqların atəşə tutulduğu Gəncədəki terrordan sonra gəldi. Bu, məndə dərin təəssürat yaratdı və həqiqətən təsiredici və ürəylərə toxunan, bir mahnı yazmaq istədim.

Mahnıların hazırlanması prosesində Bərdə şəhəri də atəşə tutuldu, burada da uşaqlar öldürüldü və layihəni erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr etməyə qərar verdik”.

Qeyd edək ki, mahnının musiqisi və sözləri ifaçının özünə məxsusdur. Muğam hissəsindəki qəzəl Xosrov Sərtibi tərəfindən yazılıb.

Aranjmanı Emin Kərim, balaban və tütək partiyasını isə Coşqun Sadıqov səsləndirib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: