AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA NƏ BAŞ VERİR?

Nə qədər Eurovision mahnı müsabiqəsindən uzaq olsa da müsabiqədə iştirak edən 2 ölkə arasında son günlərdə baş verən münaqişədən yazmaq istədik.

YouTube player

Azərbaycan Respublikasının 20%-dən çox hissəsini işğal edən Ermənistan, artıq demək olar ki 30-ilə yaxın bir müddətdə Dağlıq Qarabağda Azərbaycanın “musiqi akademiyası” kimi tanınan bir bölgədə məskunlaşıblar. Bütün bu torpaqlar dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınsa da, buna baxmayaraq dünya birliyi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və ərazisində qonşu dövlətin iştirak ilə terrorçu rejimin yaradılmasına göz yumur. Bu barədə BMT-nin qəbul etdiyi 4 qətnamə (822, 853, 874, 884) üzərindən 25 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilməmişdir və yerinə yetirilməsi üçün dünya birliyi tərəfindən ən cüzi cəhd belə olmamışdır.

YouTube player

Bugünlərdə isə öz işğalçı rejimindən yorulmayan Ermənistan Repsublikası daha bir aktla Azərbaycan Respublikasına qarşı daha sərt müharibəyə başlayıb. Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma 27 sentyabr 2020-ci il səhər saatlarından etibarən başladı.

Elnur Huseynov (Azerbaijan representative of 2008 and 2015)

Hər iki tərəf hərbi və mülki itkilər olduğunu bildirdi. Münaqişə nəticəsində, Ermənistan və Qondarma Dağlıq Qarabağ Respublikasında hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı, müharibə vəziyyəti və qismən səfərbərlik elan edildi. 30 ilə yaxın bir müddətdir Azərbaycan torpaqlarını işğal edərək milyonlarla insanı öz torpaqlarından didərgin salan və məhv edən Ermənilər bu dəfə də Azərbaycan ordusu tərəfindən qarşısı alındı və hətta bir neçə kənd və şəhər işğaldan azad edildi.

Rəsmi statistikalara görə dünyanın ən aqressiv ölkəsi hesab olunan Ermənistanın aqressiyasının tək qurbanları da elə məhz Azərbaycanlılardır. Lakin bir məsələ var ki, Azərbaycan ordusu ilə bacara bilməyən Ermənistan artıq Münaqişə zonasında olmayan şəhər və rayonları atəşə məruz qoyur, dinc sakinlərin həlak olmasına və yaralanmasına gətirib çıxarır.

YouTube player

Öz məğlubiyyəti ilə barışmağı bacara bilməyən Ermənistan Rusiyadan xahiş edərək öz başlatmış olduğunu müharibədə atəşkəs elan edilməsini istədi. Və nəticədə 10 oktyabr saat 12:00-dan etibarən humanitar atəşkəs elan olundu. Lakin onlar bu dəfə də bacara bilmədilər atəşkəs elan edildikdən təxmini 10 dəqiqə sonra yenidən cəbhəyanı dinc əhaliyə atəş açıldı. Və ardıyca Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə sözün əsl mənasında soyqrım aktı baş verdi. Gecə saatlarında Ermənistan tərəfindən atılan raketlərdən biri çoxmənzilli yaşayış evinə düşüb nəticədə isə bina tamamilə dağılıb. Nəticədə 9 nəfər həlak olub 200-dən çox şəxs isə yaralanıb. Onlar arasında sözsüz ki azyaşlı uşaqlar və körpələr də yer alır

Husniya Maharramova ( Head of Delegation)

Baxmayaraq ki, humanitar atəşkəs elan edilib, 27 Sentyabrdan başlayan münaqişə hələ də davam edir. Və bugünə qədər təkcə dinc əhaliyə dəymiş ziyan belədir:

Xahiş edirik Erməni Terroruna qarşı biganə qalmayın. Xəbəri bölüşərək daha çox insanın görməsinə dəstək olun. Daha ətraflı şəkillərdə:

Eldar Gasimov (2011 Azerbaijan representative & winner)
Nigar Jamal (2011 Azerbaijan representative & winner)
Samira Efendi (Azerbaijan representative of 2020 & 2021)

Leave a Reply