RUSİYA: SOFİYANIN MİLLİ FİNAL PERFORMANSI YAYIMLANDI

Dünən Sofiyanın “My New Day” mahnısı ilə Rusiya milli seçiminin qalibi olduğu bəlli oldu. Və bu gün şou TV-də yayımlandı.

Sofiyanın qalib çıxışı da daxil olmaqla, 11 namizədin hamısı nümayiş olundu. Səhnənin mərkəzində tək oxuyan qalib mahnı irəlilədikcə qızılı tona çevrilən mavi fonun qarşısında çıxış etdi.

YouTube player

Eyni zamanda dünən baş tutan milli finalın nəticələri də artıq ictimaiyyətə təqdim olundu. Belə ki, Sofiya, onlayn səsvermədə qalib gələn Rutgerin 80 balından 3 bal az olan 77 xalla ikinci olmasına baxmayaraq. Münsiflər səsverməsindən sonra azarkeşlərin sevimlisi olan Rutger’i geridə qoyub cəmi 6 xal çox toplayaraq qalib gəldi.

Milli finalda, Avroviziyadan Alexander Vorobyev (Rusiya 2011), Polina Bogusevich (JESC 2017) və digər məşhur adlar münsif qismində yer aldı.

Və belə bir maraqlı fakt da var ki, İqor Krutoy Akademiyası milli seçimi təşkil etməyə başladığından bu yana tarixdə ilk dəfə, Rusiyanı müsabiqədə milli finalın onlayn səsvermə qalibi yox münsiflərin qalibi təmsil edəcək.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading