Qazaxıstan milli seçimi yenicə yekunlaşdı və münsiflər heyəti ilə tamaşaçıların səsverməsi nəticəsində qalib müəyyən edildi. Karakat Başanova Qazaxıstanı 29 Noyabrda Varşavada keçiriləcək “Uşaq Avroviziya 2020” mahnı müsabiqəsində “Forever” mahnısı ulə təmsil edəcək.
Ümumilikdə on iki iştirakçının iştirak etdiyi bu müsabiqədə peşəkar münsiflər heyəti və izləyicilərin səs verməsi nəticəsində Karakat “Forever” mahnısı ilə yekun tabloda lider oldu.
Bütün iştirakçıların siyahısı:
- Saniya Altynbekkyzy;
- Karakat Bashanоva;
- Adiya Burhanоva;
- Kamila Gazizkyzy;
- Jean Makim;
- Akzhibek Manarbekkyzy;
- Aiym Mukitanova;
- Islam Saipolda;
- Mahinur Tursunоva;
- Aydana Zhumazhan;
- Nurshat Kusanоva;
- Tleubek Ajkerim.
Qazaxıstan artıq üçüncü dəfə “Uşaq Avroviziya”-da iştirak edən ölkələrə qoşulacaq. Daneliya Tuleshovanın 6-cı olduğu 2018-ci ildəki debütündən sonra, Erjan Maxim 2019-cu ildə ikinci yeri tutaraq, ölkə üçün ən yaxşı nəticəni əldə etdi.