PETAR ANIČIĆ SERBİYA ADINA “HEARTBEAT” SÖYLƏYƏCƏK!

Serbiya yayımçı kanalı RTS bugün vermiş olduğu məlumata əsasən xüsusi ekspert münsiflər tərəfindən ölkəni Uşaq Avroviziya 2020 mahnı müsabiqəsində təmsil edəcək şəxsin kimliyi bəlli olub. Müsabiqədə Serbiya adından iştirak edəcək şəxs, “Heartbeat” mahnısı ilə Petar Aničić olacaq.

Petar Aničić ölkəsində artıq tanınmış simadır, belə ki o 4 yaşından bəri musiqi ilə məşğul olur və 6 yaşında Belqradda Mokranjac Uşaq musiqi məktəbinə qəbul olur. Və sadəcə 1 il sonra özünün ilk mahnısını “I Run Fast” təqdim edir. Petar bugünə qədər bir çox layihələrdə, müsabiqələrdə iştirak edib və çoxlu mükafatlara layiq görülüb.

YouTube player

Xatırladaq ki Petar müsabiqədə Serbiyanın 12-ci təmsilçisidir və Serbiyanın indiyə qədərki ən yaxşı nailiyyəti 2010 və 2007-ci ildə əldə etdiyi 3-cülükdür. Müsabiqədə sonuncu dəfə isə Serbiyanı, Darija Vračević, “ Podigni Glas “ mahnısı ilə təmsil edib.

YouTube player

Leave a Reply