ELENI GERİ DÖNMƏYƏCƏK

Bir neçə həftə bundan əvvəl fan səhifələri və bəzi məşhur bloqların yaydığı məlumatda Elenin Kipri 2021-ci ildə yenidən təmsil edəcəyi barədə, fanatların sevincinə səbəb olan, xəbərlər yayılmışdı. Deyilənə görə ifaçıya yayımçı kanal tərəfindən təklif göndəriblib və artıq mahnı hazırlığına da başlanılmışdı. Təəssüflər olsun ki, yunan klubu oiktimesın verdiyi məlumata görə, “Panik Records” musiqi label-i Elenin “Avroviziya 2021” mahnı yarışmasında Kipri təmsil etməyəcəyini təsdiq etdi.

YouTube player

“Panik Records”-un son zamanlar Yunanıstan və Kiprin “Avroviziya” mahnılarının ərsəyə gəlməsində əməyi böyükdür. Hazırlanmış mahnılar ilk dəfə bu kanalda yayımlanır. Qeyd etmək lazımdır ki, 2018-ci ildə Azərbaycanı təmsil edən AİSEL’in “X My Heart” mahnısı da ilk dəfə bu kanalda yayınlannışdı.

Amma məyus olmağa dəyməz, çünki Eleni’dən əlavə, daha öncə eurovisionda çıxış etmiş İvi Adamou, Helena, Kolomira və Sakisdə yarışmaya dönmək istədiklərini dilə gətirmişlər.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading