İrlandiyanın Avroviziya 2020 təmsilçisi Lesley Roy bir neçə müddətdir ki artıq mahnı hazırlığına başlayıb. Extra.ie saytının verdiyi məlumata əsasən deyə bilərik ki, Lesley mahnılar hazır olduqdan sonra Avroviziya 2021 təmsilçisi olmaq üçün daha da yaxın olacaqdır.
Lesley Roy isə öz müsahibəsində bildirib ki : ” Biz hələ də dinamikaya köklənmişik. Düşünürəm ki, indi buna daha çox ehtiyac var. Kaş bir ədəd büllur kürəm olaydı və sizə dəqiqliklə necə olacağını deyə bilsəydim, amma ki hələ ki deyə bilərəm ki hazırlanan mahnı çox atəşlidir. Ya çox dinamik bir pop ya da güclü bir ballada. “Story of My Life” insanlarda rezonansa səbəb olmuşdu. Dünyamız da son 6 aydır ki qaranlığa bürünüb, ona görə də lazımınca müsbət auraya köklənmək lazımdır.”
Bundan əlavə Lesley 2017-ci ildə Norveçi təmsil edən, öz dinamik və elektro stili ilə fərqlənib 10luğa daxil olan Norveç təmsilçisi JOWSTla birlikdə işləyir. Lesley vurğulayıb ki. ” Hazırda çox maraqlı ideyalarımız var və düşünürəm ki düzgün yoldayıq. Artıq bizimlə bu mahnı yazma yolunda birlikdə olacaq prodüserlərin siyahısı belə əlimdə var.”
İfaçı qeyd edib ki, mahnı hazır olduqdan sonra bütün Avroviziya komandası dinləyəcək və yekdil qərar qəbul edəcək. Nəticə müsbət olsa, artıq mediyaya da məlumat veriləcəkdir.