AYB C PLANINA HAZIRLAŞIR

ESCKAZ-ın verdiyi məlumata görə, Hollandiya hökumətinin tövsiyələrinə əsasən, Avropa Yayım Birliyi, bəzi yayımçı kanallarının heyətlərini Rotterdama göndərə bilməyəcəyi planı üzərində əsas plan olaraq işləyir. Bu, keçən həftə açıqlanan “C” ssenarisidir.

Hollandiyanın Səhiyyə Nazirliyi, koronavirusun yayılma səviyyəsinə görə bütün ölkələri bir neçə qrupa ayırır: sarı qrupa daxil olan ölkələrin Hollandiyaya getməsinə icazə verilir, qırmızı ölkələrə isə giriş qadağandır və narıncı qrupdan gələnlər 10 günlük karantin müddətini keçirlər. Bu siyahılar mütəmadi olaraq yenilənir.

YouTube player

2021-ci ilin aprel ayı üçün narıncı və qırmızı qruplarda olacaq ölkələr Hollandiyaya gələ bilməyəcək və ölkələrindən əvvəlcədən çəkilmiş performanslarla çıxış edəcəklər.

Əgər yarışma bugün keçirilsə idi, Avstraliya, Belçika, Almaniya, Estoniya, Gürcüstan, İslandiya, İrlandiya, İtaliya, Finlandiya, Latviya, Litva, Norveç, San Marino, Sloveniya, Böyük Britaniya, İsveç, İsveçrə, Avstriya iştirak edə biləcəklərdi.

Digər ölkələr yayım üçün AYB tərəfindən təsdiqlənmiş bir səhnə hazırlamalı və öz performanslarını orada qeyd etməli olacaqlardı. Hal-hazırda bu plana hazırlığın bütün yayımçılar üçün ehtiyat olaraq məcburi olub-olmaması (hansı ki ölkələrin iştirak xərclərini əhəmiyyətli dərəcədə artıra biləcəyi) və ya hər bir ölkə ilə ayrı-ayrılıqda müzakirə ediləcəyi müəyyənləşdirilməyib.

Rotterdamda çıxış edən ölkələr mahnılarını Ahoy Arenada, yəqin ki, məhdud auditoriya ilə canlı ifa edəcəklər (B Planının qismən tətbiqi). Aparıcılar da orada olacaq və interval aktlar göstəriləcək.

Xatırladaq ki, keçən həftə AYB “Eurovision 2021” ilə əlaqəli planların hazırlanması üçün dörd mümkün variantı dərc etmişdi.

Plan A – müsabiqənin adi ssenarisi, B planı – nümayəndə heyətinin üzvləri, mətbuat və tamaşaçı sayı ilə məhdudlaşan sosial məsafəli “Eurovision”. Bu ilki “Junior Eurovision”-a bənzəyəcək Plan D – uzaqdan idarə olunan “Eurovision Mahnı Yarışması”.

YouTube player

Yarışmanın hansı ssenari ilə keçiriləcəyi son qərar COVID-19 peyvəndinin inkişafından və Hollandiya hökumətinin bununla bağlı qəbul edəcəyi qərarlardan asılıdır. Bir şey dəqiqdir – 2021-ci ilin may ayında “Eurovision Mahnı Müsabiqəsi” efirə gedəcək və qalib müəyyənləşəcək.

Leave a Reply