“Avroviziya 2020”-də Albaniyanı təmsil etməli olan Alban pop ulduzu Arilena Ara gələcək ilki yarışma haqqında danışıb.
Mahnısının tam versiyasını yayımladıqdan bir neçə gün sonra “Avroviziya 2020” mahnı müsabiqəsi pandemiya səbəbindən ləğv edilmişdi. O zamandan bəri müğənni barəsində çox şey eşitməmişik. Nəhayət, o, dünən yerli televiziya proqramlarından birinə müsahibə verərək gələcək yarışma barəsində düşüncələrini açıqlayıb:
“Bir şey dəqiqdir. “Eurovision 2021” hər halda, milli finalla, mənli ya da mənsiz baş tutacaq.”
Bu açıqlama onun “Festivali i Këngës”-ə qayıtması ilə bağlı bəzi suallar doğurur. Yoxsa bu müğənninin şansını yenidən sınayacağına dair bir işarədir? Ya bu dəfə yarışmaya qatılmayacaqmı?
Bütün bunlara baxmayaraq artıq “Festivali i Këngës”-in növbəti buraxılışının Dekabrda baş tutacağı və qalibin “Avroviziya 2021”-də Albaniyanı təmsil edəcəyi rəsmiləşib.
Siz nə düşünürsünüz? Arielana ikinci dəfə ölkəsini təmsil edə biləcəkmi?